Bu şərtlər ExpressCore tərəfindən təqdim olunan hostinq xidmətinə (bundan sonra "Xidmət") şamil olunur. Sifariş verməklə bu şərtləri və Geri qaytarma siyasətini qəbul etmiş olursunuz.
Xidmət #
Xidmət seçilmiş paketə uyğun disk sahəsi, sayt, mail qutusu, verilənlər bazası və digər resursları əhatə edir. Paketin dəqiq həcmi sifariş anında saytda göstərilən təsvirə uyğundur.
Sifariş və aktivləşdirmə #
Hostinq ödəniş təsdiqləndikdən sonra avtomatik yaradılır, adətən bir neçə dəqiqə ərzində. Panelə giriş məlumatları və domenin yönləndirilməsi üçün nameserver-lər e-poçt ünvanınıza göndərilir.
Domen #
Domen hostinq paketinə daxil deyil. Domenin qeydiyyatı, yenilənməsi və nameserver-lərin təyin edilməsi müştərinin məsuliyyətindədir.
Ödəniş və yenilənmə #
Ödəniş 1, 6 və ya 12 aylıq dövr üçün Azərbaycan manatı (AZN) ilə bank kartı vasitəsilə qəbul olunur. Müddət bitməzdən əvvəl yenilənmə fakturası e-poçtla göndərilir və xatırlatmalar edilir. Müştəri kartını yadda saxlayaraq avtomatik yeniləməni aktivləşdirə və istənilən vaxt söndürə bilər.
Gecikmə, dayandırma və silinmə #
Yenilənmə ödənişi edilmədikdə xidmət bitmə tarixindən 3 gün sonra müvəqqəti dayandırılır, məlumatlar isə saxlanılır. Ödəniş edildikdən sonra xidmət yenidən aktivləşdirilir. Dayandırılmadan 30 gün sonra xidmət, müştəriyə e-poçtla əvvəlcədən yazılı xəbərdarlıq göndərildikdən sonra, silinə bilər. Silinmiş xidmətin məlumatlarının bərpasına zəmanət verilmir.
Backup #
Gündəlik avtomatik backup aparılır və paketdə göstərilən müddət (30 və ya 90 gün) saxlanılır. Backup köməkçi vasitədir; müştəri vacib məlumatlarının öz nüsxələrini də saxlamağa cavabdehdir.
Qadağan olunan istifadə #
Xidmətdən aşağıdakılar üçün istifadə qadağandır: spam və ya kütləvi istəmədən göndərilən məktublar; fişinq, saxta və ya aldadıcı saytlar; zərərli proqram, virus və hücum alətləri; Azərbaycan Respublikasının qanunvericiliyinə zidd məzmun; müəllif hüquqlarını pozan məzmun; digər müştərilərin işinə mane olan həddindən artıq resurs istifadəsi. Bu qaydalar pozulduqda xidmət xəbərdarlıqla və ya təcili hallarda xəbərdarlıqsız dayandırıla bilər.
Məsuliyyətin məhdudlaşdırılması #
ExpressCore xidmətin fasiləsiz işləməsi üçün ağlabatan səy göstərir, lakin texniki işlər, üçüncü tərəf provayderlərin nasazlıqları və fors-major hallarda yaranan fasilələrə görə məsuliyyət daşımır. ExpressCore-un məsuliyyəti hər halda müştərinin son ödəniş dövrü üçün ödədiyi məbləğlə məhdudlaşır; dolayı zərərlərə və əldən çıxmış gəlirə görə məsuliyyət daşınmır.
Pulsuz hostinq #
Saytı ExpressCore-da hazırlatdıran müştərilərə razılaşdırılmış müddətə (adətən 12 ay) pulsuz hostinq verilə bilər. Pulsuz müddət bitməzdən əvvəl müştəriyə yeniləmə təklifi göndərilir; ödəniş edilmədikdə 5-ci bənddəki qaydalar tətbiq olunur.
Şərtlərin dəyişdirilməsi və əlaqə #
ExpressCore bu şərtləri dəyişə bilər; dəyişikliklər bu səhifədə dərc olunduğu andan qüvvəyə minir. Suallarınız üçün əlaqə səhifəsindən bizə yazın.