Server xidmətləri Razılaşma ilə

Hosting və server xidmətləri

Veb-saytlarınız və tətbiqlərinizin stabil, sürətli və təhlükəsiz işləməsi üçün server, VPS və bulud infrastrukturu xidmətləri göstəririk.

NVMe SSD server SSL sertifikatı Avtomatik backup Texniki dəstək
ExpressCore Suite — Masaüstü İdarəetmə Paneli
📊 Dashboard
📦 Anbar / Qalıq
🛒 Satış / Kassa
👥 Müştərilər
📄 Hesabatlar
Gündəlik Satış
2 480 ₼
Anbar Qalığı
1 140 əd
Aktiv Müştəri
380+
Son Əməliyyatlar (Offline/Online Sync: Aktiv)
Sənəd #408Məhsul GirişiDaxil oldu
Sənəd #409Kassa SatışıÖdənildi
Xidmət haqqında

Bu xidmət hansı biznes problemini həll edir?

Ən yaxşı proqram təminatı belə etibarlı server infrastrukturu olmadan faydasızdır. Sayt və sistemlərinizin kəsilmədən işləməsi üçün serverlərin quraşdırılması və monitorinqini təmin edirik.


Sayt və proqram təminatının hazırlanması qədər onun stabil,
sürətli və təhlükəsiz server infrastrukturunda işləməsi də
vacibdir.

ExpressCore veb saytlar, mobil tətbiqlərin backend sistemləri
və müxtəlif proqram layihələri üçün hosting və server
xidmətləri təqdim edir.

Layihənin ölçüsünə və texniki tələblərinə uyğun olaraq paylaşımlı
hosting, VPS və digər server həlləri seçilə bilər.

Mövcud layihənin yeni serverə köçürülməsi, domenin serverə
yönləndirilməsi və SSL sertifikatının qurulması həyata keçirilir.

VPS serverlər üçün Linux mühitinin ilkin konfiqurasiyası,
web server, PHP, verilənlər bazası və layihənin ehtiyac duyduğu
digər servislərin quraşdırılması həyata keçirilə bilər.

Laravel, React, Node.js və digər texnologiyalar üzərində hazırlanmış
layihələrin production mühitinə deployment prosesi həyata keçirilir.

Backup mexanizmlərinin qurulması ilə vacib məlumatların mümkün
texniki problemlər zamanı bərpa edilə bilməsi üçün əlavə
təhlükəsizlik təmin etmək mümkündür.

Mövcud serverdə performans problemləri varsa, resurs istifadəsi,
web server konfiqurasiyası, verilənlər bazası və tətbiqin
işləmə mexanizmi analiz edilərək mümkün optimallaşdırmalar
həyata keçirilə bilər.

Server və hosting xidməti sayt hazırlanması xidmətindən ayrıca
olaraq da təqdim edilə bilər.

Məqsəd layihənin yalnız hazırlanmasını deyil, real istifadəçilər
üçün stabil şəkildə işləyə biləcəyi texniki infrastrukturu da
təmin etməkdir.
Bu xidmət kimlər üçün daha uyğundur?

Korporativ saytlar; Laravel və digər backend sistemləri; mobil tətbiqlərin API serverləri; yüksək trafikli platformalar; VPS serverə keçmək istəyən layihələr; mövcud serverini dəyişmək istəyən bizneslər; SSL və deployment dəstəyinə ehtiyacı olan şirkətlər; server backup sisteminə ehtiyacı olan layihələr; hosting və texniki server dəstəyini bir yerdən almaq istəyən bizneslər.

İmamlar və həllər

Server xidmətlərimiz

Biznesinizin böyüməsinə və gündəlik iş proseslərinə xidmət edən konkret rəqəmsal həllər.

01

Linux VPS / VDS Konfiqurasiyası

Ubuntu/Debian mühitinin sıfırdan quraşdırılması və təhlükəsizlik sazlanması.

02

Saytların köçürülməsi (Migration)

Mövcud layihənin fasiləsiz şəkildə yeni sürətli serverə daşınması.

03

SSL və domen bağlantısı

Domen yönləndirmələri və ömürlük avtomatik yenilənən SSL sertifikatı.

04

Backup və bərpa sistemi

Məlumatların gündəlik avtomatik ehtiyat nüsxələrinin buludda saxlanması.

Bizim üstünlüyümüz

Niyə məhz ExpressCore?

Keyfiyyətli proqramlaşdırma, şəffaf münasibət və davamlı texniki tərəfdaşlıq.

✓

Maksimum sürət

NVMe disklər və Nginx konfiqurasiyası ilə ani səhifə açılışı.

✓

Daimi təhlükəsizlik

DDoS qoruması, firewall və şifrələnmiş server bağlantıları.

İş prosesi

4 mərhələli hazırlanma prosesi

İdeyadan təhvilə qədər hər addım şəffaf və sistemli şəkildə həyata keçirilir.

01

Tələblərin müəyyənləşdirilməsi

Biznes məqsədləri, hədəf auditoriya və texniki detallar ətraflı təhlil olunur.

02

Planlaşdırma və dizayn

Sistem arxitekturası qurulur, prototip və mobil uyğun interfeys dizaynı hazırlanır.

03

Hazırlanma və yoxlama

Kodlaşdırma, təhlükəsizlik testləri, sürət optimallaşdırılması və funksional sınaqlar aparılır.

04

Təhvil və texniki dəstək

Sistem serverdə canlı rejimə buraxılır, istifadə qaydaları təqdim edilir və dəstək göstərilir.

Şəffaf qiymətləndirmə

Layihənizin başlanğıc qiyməti

Razılaşma ilə

Səhifə sayı limiti qoyulmur. Paket sistemi yoxdur. Layihənizin real tələblərinə uyğun dəqiq və şəffaf büdcə formalaşdırılır.

Baza layihəyə daxil olan əsas xüsusiyyətlər:
✓ Server quraşdırılması
✓ SSL sertifikatı
✓ Nginx/PHP/MySQL konfiqurasiyası
✓ Avtomatik backup sistemi
Göstərilən qiymət başlanğıc təxminidir. Yekun məbləğ əlavə modullar və fərdi inteqrasiyalar əsasında dəqiqləşdirilir.
Suallar və cavablar

Tez-tez verilən suallar

Layihəniz barədə ən çox soruşulan suallar və konkret cavablar.

Bəli, köçürmə prosesini istifadəçilərin işini dayandırmadan təhlükəsiz şəkildə həyata keçiririk.

NVMe SSD disklər ənənəvi disklərdən 7–10 dəfə daha sürətlidir, nəticədə saytınızın açılış vaxtı 1 saniyədən də az çəkir.

Gündəlik avtomatik backup sistemi qurulur və ehtiyat nüsxələr ayrı bir fiziki bulud mərkəzində təhlükəsiz saxlanılır.

Bəli, domeninizə uyğun info@sirket.az formatında limitsiz sayda işçi poçt qutusu quraşdırırıq.

Layihənizi birlikdə həyata keçirək

İdeyanızı bizimlə bölüşün, ehtiyaclarınıza uyğun texniki həlli və ilkin qiymətləndirməni birlikdə müəyyənləşdirək.