API və sistem inteqrasiyaları
Ödəniş sistemlərini, CRM, ERP və digər rəqəmsal xidmətləri birləşdirərək biznes proseslərinizi avtomatlaşdırırıq. Təhlükəsiz və fasiləsiz məlumat mübadiləsini təmin edirik.
Bu xidmət hansı biznes problemini həll edir?
Biznes böyüdükcə fərqli proqramların (sayt, bank, anbar, CRM) bir-biri ilə əl əməyi olmadan avtomatik danışması zərurətə çevrilir. ExpressCore sistemləriniz arasında körpü yaradır və işinizi sürətləndirir.
Müasir biznes sistemləri çox zaman tək bir proqramdan ibarət olmur.
Ödəniş sistemləri, CRM, ERP, SMS xidmətləri, mobil tətbiqlər,
mühasibat proqramları və digər platformaların bir-biri ilə məlumat
mübadiləsi aparması tələb olunur.
ExpressCore müxtəlif proqram və platformaların bir-biri ilə
təhlükəsiz və avtomatik şəkildə işləməsi üçün API və sistem
inteqrasiyaları hazırlayır.
Mövcud sisteminiz üçün REST API hazırlanması, xarici API-lərlə
məlumat mübadiləsi, webhook mexanizmləri və avtomatlaşdırılmış
məlumat sinxronizasiyası həyata keçirilə bilər.
Onlayn ödəniş sistemlərinin inteqrasiyası vasitəsilə istifadəçilərin
sayt və ya mobil tətbiq üzərindən ödəniş etməsi təmin edilə bilər.
SMS və e-mail xidmətləri inteqrasiya edilərək OTP kodları,
sifariş bildirişləri, status dəyişiklikləri və avtomatik
məlumatlandırmalar göndərilə bilər.
CRM və ERP sistemləri ilə inteqrasiya vasitəsilə veb sayt,
mobil tətbiq və daxili proqramlardan gələn məlumatların avtomatik
olaraq şirkətin əsas sisteminə ötürülməsi mümkündür.
Google Maps və digər xəritə xidmətləri, logistika sistemləri,
çatdırılma platformaları, analitika xidmətləri və digər üçüncü
tərəf platformalarla inteqrasiyalar da həyata keçirilə bilər.
API hazırlanarkən autentifikasiya, təhlükəsizlik, request
validation, error handling və loglama kimi texniki məsələlər
nəzərə alınır.
Məqsəd müxtəlif proqramlar arasında əl ilə məlumat daşımaq
ehtiyacını azaltmaq və biznes proseslərini mümkün qədər
avtomatlaşdırmaqdır.
Ödəniş sistemi inteqrasiyasına ehtiyacı olan sayt və tətbiqlər; CRM və ERP sistemləri; SMS və OTP xidmətləri; mobil tətbiq backend sistemləri; marketplace layihələri; Google Maps və xəritə inteqrasiyaları; müxtəlif proqramlar arasında məlumat ötürülməsi; webhook əsaslı sistemlər; mövcud proqram üçün REST API hazırlanması; biznes proseslərini avtomatlaşdırmaq istəyən şirkətlər.
İnteqrasiyalar üzrə nələr edirik?
Biznesinizin böyüməsinə və gündəlik iş proseslərinə xidmət edən konkret rəqəmsal həllər.
Onlayn ödəniş şlüzləri
Kapital Bank, Pasha Bank, AzeriCard, Stripe və digər sistemlər.
CRM və ERP inteqrasiyası
1C, Bitrix24 və daxili sistemlərlə sifariş və müştəri mübadiləsi.
SMS və bildiriş servisləri
OTP təsdiq kodları, sifariş xatırlatmaları və status mesajları.
Xüsusi REST API hazırlanması
Mobil tətbiq və kənar tərəfdaşlar üçün təhlükəsiz API nöqtələri.
Niyə məhz ExpressCore?
Keyfiyyətli proqramlaşdırma, şəffaf münasibət və davamlı texniki tərəfdaşlıq.
Təhlükəsiz məlumat ötürülməsi
Token əsaslı giriş (JWT/OAuth), şifrələmə və loglama.
Xətasız və davamlı sinxronizasiya
Şəbəkə kəsilmələrində təkrar sorğu və növbə (Queue) sistemləri.
4 mərhələli hazırlanma prosesi
İdeyadan təhvilə qədər hər addım şəffaf və sistemli şəkildə həyata keçirilir.
Tələblərin müəyyənləşdirilməsi
Biznes məqsədləri, hədəf auditoriya və texniki detallar ətraflı təhlil olunur.
Planlaşdırma və dizayn
Sistem arxitekturası qurulur, prototip və mobil uyğun interfeys dizaynı hazırlanır.
Hazırlanma və yoxlama
Kodlaşdırma, təhlükəsizlik testləri, sürət optimallaşdırılması və funksional sınaqlar aparılır.
Təhvil və texniki dəstək
Sistem serverdə canlı rejimə buraxılır, istifadə qaydaları təqdim edilir və dəstək göstərilir.
Layihənizin başlanğıc qiyməti
Səhifə sayı limiti qoyulmur. Paket sistemi yoxdur. Layihənizin real tələblərinə uyğun dəqiq və şəffaf büdcə formalaşdırılır.
Tez-tez verilən suallar
Layihəniz barədə ən çox soruşulan suallar və konkret cavablar.
Azərbaycanda fəaliyyət göstərən bütün əsas bank prosessinqləri (Kapital Bank E-commerce / BirBank, Pasha Bank, ABB, AzeriCard, GoldenPay / hesab.az) və beynəlxalq Stripe ilə inteqrasiya edirik.
Bəli, saytdakı sifarişlərin 1C bazasına, məhsul qalıqları və qiymətlərin isə avtomatik sayta ötürülməsini təmin edirik.
Azercell, Bakcell, Nar və yerli SMS provayderlərinin (məsələn, Lsim, Figensoft və s.) API-ləri ilə avtomatlaşdırma qururuq.
Bütün ödənişlər bankın rəsmi 3D Secure serverində emal olunur. Saytınızda heç bir kart məlumatı saxlanılmır, yalnız şifrələnmiş token və webhook siqnalları ötürülür.
Təklif etdiyimiz digər xidmətlər.
Veb sayt və veb sistemlərin hazırlanması
Biznesinizin rəqəmsal mühitdə peşəkar şəkildə təqdim olunması, müştərilərinizə daha rahat xidmət göstərilməsi və daxili...
ƏtraflıMobil tətbiqlərin hazırlanması
Biznesiniz, startup layihəniz və ya mövcud rəqəmsal platformanız üçün Android və iOS əməliyyat sistemlərində...
ƏtraflıMasaüstü proqramların hazırlanması
Müəssisənizin gündəlik iş proseslərini daha sürətli, dəqiq və idarəolunan hala gətirmək üçün fərdi masaüstü...
ƏtraflıLayihənizi birlikdə həyata keçirək
İdeyanızı bizimlə bölüşün, ehtiyaclarınıza uyğun texniki həlli və ilkin qiymətləndirməni birlikdə müəyyənləşdirək.