Texniki dəstək Razılaşma ilə

Texniki dəstək və sistemlərin təkmilləşdirilməsi

Mövcud sayt və proqram təminatlarınızın davamlı inkişafı, xətaların aradan qaldırılması və yeni funksiyaların əlavə edilməsi üçün peşəkar texniki dəstək göstəririk.

Xətaların həlli Yeni funksiyalar Sürət optimizasiyası Daimi nəzarət
ExpressCore Suite — Masaüstü İdarəetmə Paneli
📊 Dashboard
📦 Anbar / Qalıq
🛒 Satış / Kassa
👥 Müştərilər
📄 Hesabatlar
Gündəlik Satış
2 480 ₼
Anbar Qalığı
1 140 əd
Aktiv Müştəri
380+
Son Əməliyyatlar (Offline/Online Sync: Aktiv)
Sənəd #408Məhsul GirişiDaxil oldu
Sənəd #409Kassa SatışıÖdənildi
Xidmət haqqında

Bu xidmət hansı biznes problemini həll edir?

Layihəniz başqa developer tərəfindən hazırlanmış olsa belə, mövcud kod bazasını analiz edərək xətaları düzəldə və yeni imkanlar əlavə edə bilərik.


Mövcud veb sayt, mobil tətbiq, backend sistemi və server
infrastrukturlarının stabil işləməsi üçün texniki dəstək və
proqram təminatının inkişafı xidmətləri təqdim edirik.

Layihəniz başqa developer və ya şirkət tərəfindən hazırlanıbsa,
bu onun üzərində işləməyimizə mane olmur. Mövcud kod bazasını,
verilənlər bazasını və sistem arxitekturasını analiz etdikdən
sonra texniki vəziyyət barədə məlumat əldə edir və görüləcək
işləri müəyyənləşdiririk.

Sistemdə mövcud olan proqram xətalarının araşdırılması və aradan
qaldırılması, işləməyən funksiyaların bərpası və səhv nəticə verən
proseslərin düzəldilməsi həyata keçirilə bilər.

Mövcud sistemə yeni funksiyalar əlavə etmək mümkündür. Yeni
admin panel bölmələri, istifadəçi rolları, hesabat sistemi,
ödəniş inteqrasiyası, SMS xidməti, notification sistemi,
API endpoint-ləri və digər modullar hazırlana bilər.

Performans problemləri olan layihələrdə backend sorğuları,
database query-ləri, cache sistemi, server konfiqurasiyası
və digər mümkün səbəblər analiz edilir.

Server səviyyəsində yaranan deployment, domain, SSL, permission,
queue, cron, database və digər problemlərin araşdırılması və
aradan qaldırılması mümkündür.

Mövcud layihənin başqa hosting və ya serverə köçürülməsi,
production mühitinin hazırlanması və backup mexanizmlərinin
qurulması da texniki dəstək çərçivəsində həyata keçirilə bilər.

Davamlı texniki dəstək formatında biznesin ehtiyacları dəyişdikcə
mövcud sistem üzərində yeni funksiyalar mərhələli şəkildə
inkişaf etdirilə bilər.

Bu xidmət xüsusilə ayrıca proqramçı komandası olmayan, lakin
fəaliyyətində veb sayt və proqram sistemlərindən aktiv istifadə
edən şirkətlər üçün əlverişlidir.

Məqsəd sistemdə problem yarandıqda sadəcə müvəqqəti həll təqdim
etmək deyil, problemin səbəbini müəyyənləşdirmək və mümkün
qədər uzunmüddətli texniki həll tətbiq etməkdir.
Bu xidmət kimlər üçün daha uyğundur?

Mövcud saytında texniki problem olan bizneslər; başqa developer tərəfindən hazırlanmış layihələr; mövcud sistemə yeni funksiyalar əlavə etmək istəyən şirkətlər; Laravel və digər backend sistemləri; server və deployment problemləri; uzunmüddətli texniki dəstəyə ehtiyacı olan bizneslər; performansı zəif olan layihələr; köhnə sistemini mərhələli şəkildə yeniləmək istəyən şirkətlər; ayrıca proqramçı komandası olmayan müəssisələr.

İmamlar və həllər

Dəstək çərçivəsində nələr edirik?

Biznesinizin böyüməsinə və gündəlik iş proseslərinə xidmət edən konkret rəqəmsal həllər.

01

Xətaların və problemlərin həlli

İşləməyən düymələr, səhv hesablamalar və sistem qüsurlarının aradan qaldırılması.

02

Yeni funksiyaların əlavə edilməsi

Mövcud saytınıza yeni bölmələr, ödəniş, SMS və xüsusi modullar.

03

Sürət və performans optimizasiyası

Gec açılan səhifələrin, bazanın və keş sisteminin sürətləndirilməsi.

04

Daimi aylıq texniki müşayiət

Şirkətinizin proqramçı komandası kimi sistemlərinizə davamlı nəzarət.

Bizim üstünlüyümüz

Niyə məhz ExpressCore?

Keyfiyyətli proqramlaşdırma, şəffaf münasibət və davamlı texniki tərəfdaşlıq.

✓

Sürətli müdaxilə

Yaranan texniki nasazlıqlara qısa müddətdə peşəkar reaksiya.

✓

Kod keyfiyyəti

Mövcud arxitekturanı pozmadan təmiz və sənədləşdirilmiş düzəlişlər.

İş prosesi

4 mərhələli hazırlanma prosesi

İdeyadan təhvilə qədər hər addım şəffaf və sistemli şəkildə həyata keçirilir.

01

Tələblərin müəyyənləşdirilməsi

Biznes məqsədləri, hədəf auditoriya və texniki detallar ətraflı təhlil olunur.

02

Planlaşdırma və dizayn

Sistem arxitekturası qurulur, prototip və mobil uyğun interfeys dizaynı hazırlanır.

03

Hazırlanma və yoxlama

Kodlaşdırma, təhlükəsizlik testləri, sürət optimallaşdırılması və funksional sınaqlar aparılır.

04

Təhvil və texniki dəstək

Sistem serverdə canlı rejimə buraxılır, istifadə qaydaları təqdim edilir və dəstək göstərilir.

Şəffaf qiymətləndirmə

Layihənizin başlanğıc qiyməti

Razılaşma ilə

Səhifə sayı limiti qoyulmur. Paket sistemi yoxdur. Layihənizin real tələblərinə uyğun dəqiq və şəffaf büdcə formalaşdırılır.

Baza layihəyə daxil olan əsas xüsusiyyətlər:
✓ Kod bazasının auditi
✓ Xətaların aradan qaldırılması
✓ Yeni funksiyaların inteqrasiyası
✓ Server və baza nəzarəti
Göstərilən qiymət başlanğıc təxminidir. Yekun məbləğ əlavə modullar və fərdi inteqrasiyalar əsasında dəqiqləşdirilir.
Suallar və cavablar

Tez-tez verilən suallar

Layihəniz barədə ən çox soruşulan suallar və konkret cavablar.

Bəli, əksər layihələrdə mövcud kod bazasını araşdırıb təkmilləşdirmə işlərini uğurla icra edirik.

Kritik xətalarda komandamız 15 dəqiqə ərzində operativ araşdırmaya başlayır və problemi qısa müddətdə aradan qaldırır.

Bəli, korporativ müştərilər üçün daimi monitorinq, təhlükəsizlik yeniləmələri və kiçik dəyişiklikləri əhatə edən xidmət paketləri təklif edirik.

Bəli, kod optimizasiyası, şəkillərin sıxılması və keş mexanizmləri ilə saytın sürətini 90+ göstəriciyə çatdırırıq.

Layihənizi birlikdə həyata keçirək

İdeyanızı bizimlə bölüşün, ehtiyaclarınıza uyğun texniki həlli və ilkin qiymətləndirməni birlikdə müəyyənləşdirək.